AZ

Türkiyədə zəlzələ olub

Türkiyənin Adana vilayətinin Saimbəyli rayonunda yerli vaxtla saat 04:26-da 4,9 bal gücündə zəlzələ baş verib.Bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) məlumat yayıb.

Məlumata görə, zəlzələnin episentri Saimbəyli rayonunda yerləşib, yeraltı təkanlar 8,6 kilometr dərinlikdə qeydə alınıb.

AFAD bildirib ki, zəlzələ Kahramanmaraş, Osmaniye, Kayseri və Niğde vilayətlərində də hiss olunub. Qurumun açıqlamasına əsasən, indiyədək hər hansı dağıntı və ya insan itkisi barədə məlumat daxil olmayıb, ərazidə qiymətləndirmə işləri davam etdirilir.

Seçilən
11
anews.az

1Mənbələr