BAKI, 24 may. TELEQRAF
Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin ən geci iki ildən sonra Avropa İttifaqı ilə vizasız rejimə keçəcəyini bildirib.
Teleqraf xəbər verir ki, Paşinyan bu barədə Şirak vilayətində seçicilərlə görüşü zamanı danışıb.
O qeyd edib ki, gələcəkdə Ermənistan vətəndaşları Avropaya səfər etmək üçün yalnız pasporta ehtiyac duyacaqlar:
“Ən geci iki ildən sonra Avropa İttifaqı ilə vizasız rejimimiz olacaq. Siz Şirak hava limanından Larnakaya gedə biləcəksiniz və bunun üçün sadəcə pasportunuzu lazım olacaq. Biletin qiyməti isə cəmi iki avro olacaq”.
Qeyd edək ki, 2025-ci il noyabrın 5-də Avropa İttifaqı Ermənistana vizaların liberallaşdırılması üzrə Fəaliyyət Planını rəsmi şəkildə təqdim edib.