AZ

Leyla Əliyeva və Alona Əliyeva Sosial Reabilitasiya Mərkəzini ziyarət etdilər - FOTO

Leyla Əliyeva və Alona Əliyeva "Tut Əlimdən" Uşaqlar üçün Sosial Reabilitasiya Mərkəzini ziyarət ediblər.

Aznews.az AZƏRTAC-a istinadən xəbər verir ki, qonaqlar mərkəzdə təşkil olunan sosial və yaradıcı fəaliyyətlərlə yaxından tanış olub, uşaqlarla birgə müxtəlif tədbirlərdə iştirak ediblər.

Mərkəzə gələn Leyla Əliyeva və Alona Əliyeva əvvəlcə uşaqlarla birlikdə həyətyanı sahədə meyvə və dekorativ ağaclar əkiblər.

Daha sonra azyaşlılar öz əl işlərini, çəkdikləri rəsmləri və rəngarəng yunlardan hazırladıqları oyuncaqları təqdim ediblər. Uşaqların yaradıcılıq nümunələri qonaqlar tərəfindən maraqla qarşılanıb.

Birgə fəaliyyət zamanı müxtəlif dekorativ əşyalar hazırlanıb, uşaqların bacarıq və yaradıcılıq imkanlarını əks etdirən işlərə baxış keçirilib.

Seçilən
3
10
aznews.az

10Mənbələr