AZ

Ermənistan və Aİ viza rejimini ləğv edir

Ermənistan baş naziri Nikol Paşinyan Avropa İttifaqı ilə viza rejiminin liberallaşdırılması məsələsinin yaxın iki ildə həll olunacağını bildirib.

Musavat.com xəbər verir ki, Paşinyan bu barədə seçkiqabağı kampaniya çərçivəsində seçicilərlə görüşdə danışıb.

Baş nazirin sözlərinə görə, Ermənistan və Avropa İttifaqı arasında viza rejiminin sadələşdirilməsi məsələsi ən gec iki il ərzində yekunlaşacaq.

“İki ildən gec olmayaraq Ermənistanla Aİ arasında viza rejiminin liberallaşdırılması məsələsi həll olunacaq”, - deyə Paşinyan bildirib.

Şahanə Rəhimi
Musavat.com

Seçilən
1
4
musavat.com

6Mənbələr