AZ

Bu yolda bərpa işlərinə başlanıldı

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Xaçmaz–Xudat–Yalama avtomobil yolunun 60-cı kilometrliyində bərpa işlərinə başlanılıb.

AAYDA-dan Bakıvaxtı.az-a bildirilib ki, selin təsiri nəticəsində yolun zədələnmiş hissəsinin bərpası üçün əraziyə kifayət qədər qüvvə cəlb olunub.

Hazırda ərazidə qazıntı işləri aparılır, fəsadların aradan qaldırılması üçün tədbirlər görülür.

Məqsəd hərəkətin təhlükəsizliyini təmin etmək və nəqliyyat əlaqəsini tam bərpa etməkdir.

Eyni zamanda, selin yarada biləcəyi risklərin minimuma endirilməsi üçün qabaqlayıcı tədbirlər həyata keçirilir.

Seçilən
1
2
bakivaxti.az

10Mənbələr