QUBA, 24 may. TELEQRAF
Azərbaycan Premyer Liqasında 2025/2026 mövsümünə yekun vurulub.
Teleqraf xəbər verir ki, XXXIII turun son matçında “İmişli” “Karvan-Yevlax”ı qəbul edib.
Quba Olimpiya İdman Kompleksinin stadionunda keçirilən qarşılaşma 1:1 hesablı bərabərliklə yekunlaşıb.
Baş hakim İnqilab Məmmədovun idarə etdiyi görüşdə yeganə qolu 27-ci dəqiqədə Peter Kinqs vurub.
17 xalla sonuncu pillədə qərarlaşan “Karvan-Yevlax”ın Premyer Liqanı tərk edəcəyi daha əvvəl dəqiqləşmişdi. 33 xalı olan “İmişli” isə mövsümü 9-cu sırada başa vurub.
Qeyd edək ki, turun digər oyunlarında “Qəbələ” “Şamaxı”nı 3:1, “Araz-Naxçıvan” “Zirə”ni 3:2 hesabı ilə məğlub edib. “Sabah” “Turan Tovuz”a 2:1, “Qarabağ” “Sumqayıt”a 4:3, “Neftçi” isə “Kəpəz”ə 1:0 hesabı ilə qalib gəlib.