AZ

Msanqa yenidən Tanzaniya yığmasında – ARENA.AZ

Azərbaycan Premyer Liqasında mübarizə aparan “Şamaxı”nın dayaq yarımmüdafiəçisi Alfons Mabula Msanqa Tanzaniya millisinə dəvət alıb.

Arena.az xəbər verir ki, bu barədə əyalət klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, Tanzaniya yığması iyunun 1-dən 10-na qədər Mərakəşdə təlim-məşq toplanışında olacaq. 22 yaşlı yarımmüdafiəçi də bu toplanışda millinin düşərgəsində yer alacaq. Bu komandanın toplanış müddətində yoxlama oyunları keçirməsi də gözlənilir.

Alfons Mabula Msanqa “Alyans” klubunun yetirməsidir. O, 2022-ci ilin fevralında Serbiyanın “Spartak” klubuna cəlb olunub. Serbiyada “Novi Sad”da da icarədə olmuş Msanqa 2024-cü ilin iyulunda “Spartak”dan ayrılandan “Şamaxı”ya keçənə kimi işsiz olub. Azərbaycana klubu yarımmüdafiəçini 2025-ci ilin yanvarında azad agent kimi heyətinə qatıb. Onun “Şamaxı” ilə 2026-cı ilin 30 iyununa qədər müqaviləsi mövcuddur. Tanzaniyalı futbolçu Azərbaycan klubunun heyətində bütövlükdə 49 oyuna çıxıb, 6 qol və 1 assistlə yadda qalıb.

Yarımmüdafiəçi daha öncə Tanzaniyanın U-17 və U-20 yığmalarına da cəlb edilib. O, 2025-ci ilin iyun ayında əsas millidə debüt edib və hələlik meydana çıxdığı 8 oyunda qol hesabını aça bilməyib.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
3
6
arena.az

10Mənbələr