Ayna saytından verilən məlumata görə, ain.az xəbər verir.
“Rusiya Ukrayna Silahlı Qüvvələrinin Luqanska hücumuna qəddarcasına cavab verdi”
“Rusiya Ukrayna Silahlı Qüvvələrinin Luqanska hücumuna qəddarcasına cavab verdi”. AYNA.AZ xəbər verir ki, bu sözləri Cənub-Şərqi Norveç Universitetinin professoru Qlenn Diesen “X” sosial media hesabında Kiyevə Rusiya ordusu tərəfindən endirilən kütləvi zərbələri şərh edərkən yazıb.
"Kiyevdə amansız bir gecə idi, çünki Rusiya Starobelskdəki yataqxanada tələbələrin ölümünə görə qisas aldı", - deyə o qeyd edib.
Professorun sözlərinə görə, Avropanın Ukraynadakı münaqişə ilə bağlı siyasəti yalnız qarşıdurmanın daha da şiddətlənməsinə səbəb ola bilər.
Qeyd edək ki, mayın 24-də Rusiya ordusu Ukrayna paytaxtına kütləvi zərbələr endirib. Hərbi komandanlıq obyektləri, hava bazaları və hərbi zavodlar, mülki əhali kütləvi hücuma məruz qalıb.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.