AZ

ADSEA: Azərbaycanda regionlar üzrə su balansı əsasında əkin planlaması aparılacaq

Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) qarşısında duran ən böyük çağırışlardan biri mövcud su ehtiyatlarına uyğun əkin strukturunun yaradılmasıdır.Missiya.Az xəbər verir ki, bunu ADSEA-nın sədri Zaur Mikayılov Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə bildirib.Onun sözlərinə görə, iqlim dəyişikliyi fonunda su ehtiyatlarının və yağıntıların həcminin illər üzrə dinamik surətdə dəyişdiyini nəzərə alaraq, hər bir regionun illik su balansı dəqiqliklə hesablanmaqla hansı bitki növlərinin əkiləcəyi, hansı sahələrin inkişafının təşviq ediləcəyi məhz bu su ehtiyatlarına uyğun olaraq müəyyən edilməlidir:"Bu istiqamətdə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 2026–2030-cu illər üçün tədbirlər planı üzrə, misal üçün, buğda və pambığın orta məhsuldarlığının 50 sentnerə yüksəldilməsi hədəfləri mövcud ekstensiv suvarma sistemlərindən deyil, müasir, intensiv suvarma metodlarına keçidi şərtləndirir. Həmçinin Tədbirlər Planında intensiv bağların sahəsinin 50 min hektardan 70 min hektara, istixanaların sahəsinin isə 1 500 hektardan 2 000 hektara çatdırılması, eləcə də pambıq əkin sahələrinin 100 min hektardan 85 min hektara endirilməsi fonunda məhsuldarlığın 17 % artırılaraq ümumi istehsalın 425 min tona yüksəldilməsi ilə bağlı bütün hədəflər bizim tərəfdən təqdirəlayiq hesab edilir".Z. Mikayılov Tədbirlər Planına istinad edərək qeyd edib ki, Qəbələ və Salyan rayonlarında 20 min hektar sahənin konsolidasiyası və həmin sahələrdə təsərrüfatdaxili suvarma şəbəkələrinin quraşdırılması, həmçinin respublika ərazisində müasir suvarma texnikasının əhatə dairəsinin 130 min hektardan 300 min hektara qədər artırılması su ehtiyatlarından dayanıqlı istifadəsinin təmin edilməsi baxımından mütərəqqi addım kimi qiymətləndirilə bilər.

Seçilən
1
1
missiya.az

2Mənbələr