Ayna saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
“Kanada vətəndaşlarına konsulluq xidmətlərindən istifadəsinə icazə verilməməsi Vyana Konvensiyasının pozulmasıdır "
“İsrail ordusu beynəlxalq Sumud donanmasında iştirak etdikləri üçün saxlanılan Kanada vətəndaşlarının konsulluq xidmətlərindən istifadəsinə icazə verməməklə 1961-ci il Diplomatik Əlaqələr üzrə Vyana Konvensiyasını pozub”. AYNA.AZ xarici mediaya istinadən xəbər verir ki, bu sözləri Kanadanın xarici işlər naziri Anita Anand deyib.
Nazir israilli həmkarı Gideon Saarla söhbətindən sonra “X”də yazıb: "Mən qeyd etmişəm ki, Kanada vətəndaşlarının saxlanıldıqları müddətdə konsulluq xidmətlərindən istifadəsinə icazə verilməməsi Vyana Konvensiyasının pozulmasıdır".
Anand əlavə edib ki, Kanada saxlanılanlara qarşı qəbuledilməz rəftarın bütün sübutlarını təqdim edib və müstəqil araşdırma tələb edib. Ötən həftə nazir saxlanılan Kanada vətəndaşlarına qarşı "dəhşətli rəftar" barədə məlumat aldığını açıqlayıb və onların artıq İsraili tərk etdiklərini qeyd edib.
Qeyd edək ki, 19 may axşamı İsrail Xarici İşlər Nazirliyi Qəzza zolağı sahillərinə doğru gedən son Sumud donanmasının bütün gəmilərinin saxlanıldığını və ümumilikdə 430 Fələstin tərəfdarı fəalın saxlanıldığını açıqlayıb. “The Globe and Mail” qəzetinin məlumatına görə, onlar arasında 12 Kanada vətəndaşı da var.
Hazırkı Qlobal Sumud Donanması əməliyyatı aprel ayında başlayıb. İştirakçılar məqsədlərinin İsrailin Qəzzaya qarşı dəniz blokadasını qırmaq və daimi humanitar dəniz dəhlizi yaratmaq olduğunu bildiriblər.
18 mayda İsrailin “Ynet” portalı İsrail Müdafiə Qüvvələrinin beynəlxalq sularda İsrail sahillərindən yüzlərlə kilometr aralıda donanmanın gəmilərini ələ keçirməyə başladığını yazıb.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.