AZ

Qırğızıstanla hərbi əməkdaşlıq müzakirə edildi

Azərbaycan və Qırğızıstan Müdafiə nazirlikləri arasında imzalanmış 2026-cı ilin ikitərəfli əməkdaşlıq planına əsasən, bu ölkənin hərbi nümayəndə heyəti ölkəmizə səfər edib.

Bu barədə Publika.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, səfər çərçivəsində Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik və Təhqiqat Baş İdarəsinin rəisi general-mayor Azər İbrahimov qırğızıstanlı qonaqlarla görüşüb.

​Görüşdə nümayəndə heyətinə baş idarənin fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib və daxili təhlükəsizlik mövzusunda brifinq təqdim olunub.

Tərəflər ölkələrimiz arasında hərbi təhlükəsizliyə dair əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivlərini ətraflı müzakirə edib, qarşılıqlı təcrübə mübadiləsinin aparılmasının vacibliyini vurğulayıblar.

Seçilən
69
26
publika.az

10Mənbələr