Bakı. Trend:
Qəzza zolağının bərpası üçün 90 milyard dollardan çox vəsaittələb olunur.
Trend xəbər verir ki, bunu Misir Prezidenti Əbdülfəttah əs-Sisibəyan edib.
Dövlət başçısı yerli televiziyaya müsahibəsində bildirib ki,hazırda Qəzza zolağı böyük humanitar faciə ilə üzləşib. Orda bərpaişləri üçün azı 90 milyard ABŞ dolları lazımdır.