AZ

Qəzzanın bərpası üçün 90 milyard dollardan çox vəsait tələb olunacaq - Misir prezidenti

Dağıdılan Qəzza zolağının yenidən qurulması üçün 90 milyard dollardan çox vəsait tələb olunacaq.Olaylar.az-ın məlumatına görə, bu barədə Misir prezidenti Əbdülfəttah əs-Sisi deyib."Qəzza zolağı hazırda böyük faciənin şahididir, minlərlə insan həlak olub və zolağı bərpa etmək üçün 90 milyard dollardan çox [xərcləmək] lazım gələcək", - deyə Misir prezidenti bildirib.Əbdülfəttah əs-Sisi qeyd edib ki, Misir "Fələstin xalqına xəyanət edə bilməz və onları qorumaq və dəstəkləmək üçün əlindən gələni edəcək". Bununla bağlı Misir lideri qeyd edib ki, Qahirə "Qəzzada atəşkəsə nail olmaq və zolağın əhalisinə humanitar yardım göstərmək üçün" hər cür səy göstərir.

Seçilən
223
32
olaylar.az

10Mənbələr