AZ

HadisəLənkəranda ağır yol qəzası olub, yaralılar var

Lənkəran rayonunda baş verən ağır yol qəzasında bir neçə nəfər yaralanıb.

“Report”un Cənub bürosunun məlumatına görə, hadisə Lənkəran rayonunun Liman şəhəri ərazisində baş verib.

Belə ki, "Azsamand" və "Volkswagen" markalı avtomobillər toqquşması nəticəsində dörd nəfər xəsarət alıb.

Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
87
6
far.az

8Mənbələr