Prezident İlham Əliyev Silahlı Qüvvələrin hərbi qulluqçularının və Daxili İşlər Nazirliyinin əməkdaşlarının təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Yenisabah.az xəbər verir ki, Sərəncamla Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları və Daxili İşlər Nazirliyinin əməkdaşları təltif ediliblər.
Təltif olunanların arasında müdafiə naziri Zakir Həsənov və onun 4 müavini var:
“Qarabağ” ordeni ilə
Həsənov Zakir Əsgər oğlu – general-polkovnik
Vəliyev Kərim Tofiq oğlu – general-polkovnik
Əfəndiyev Ənvər Zəkəriyyə oğlu – general-leytenant
Mirzəyev Hikmət İzzət oğlu – general-leytenant
Tahirov Ramiz Firudinoviç – general-leytenant
Telegram kanalımız