AZ

Konfrans Liqası: "Zirə"nin legioneri Xorvatiya klubu ilə ilk oyunu buraxacaq

"Zirə" Xorvatiyada "Osiyek" komandasına qarşı keçirəcəyi UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununa itki ilə çıxacaq.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, Bakı klubunun futbolçusu Salifu Suma sözügedən matçda iştirak edə bilməyəcək.

Buna 21 yaşlı hücumçunun cəzasının davam etməsi səbəb olub.

Bakıda Moldovanın "Şerif" kollektivinə uduzduqları Avropa Liqasının I təsnifat mərhələsinin cavab görüşündə birbaşa qırmızı vərəqə alan forvard üç oyunluq diskvalifikasiya edilmişdi. O, Konfrans Liqasında Slovakiyanın “DAK 1904” komandasına qalib gəldikləri hər iki qarşılaşmanı (4:0, 2:1) da buraxıb.

Qeyd edək ki, avqustun 8-də keçiriləcək "Osiyek" - "Zirə" matçı Bakı vaxtı ilə saat 22:00-da start götürəcək. Cavab görüşü bir həftə sonra Bakıda olacaq.

Seçilən
15
4
operativmm.az

5Mənbələr