AZ

“Araz-Naxçıvan”ın qapıçısı Moldova millisinə dəvət alıb

Misli Premyer Liqasında çıxış edən “Araz-Naxçıvan”ın qapıçısı Kristian Avram Moldova millisinə dəvət alıb.

Bu barədə Naxçıvan klubunun mətbuat xidməti məlumat yayıb.

31 yaşlı qolkiper iyunun 6-da Polşa ilə yoldaşlıq, 9-da isə DÇ-2026-nın qrup mərhələsində İtaliya ilə rəsmi oyun üçün baş məşqçi Sergey Klesçenkonun açıqladığı siyahıda yer alıb.

Qeyd edək ki, Avram 2023-cü ildən “Araz-Naxçıvan”da çıxış edir.

Seçilən
30
18
cbcsport.az

10Mənbələr