AZ

Minifutbol yığmamız dünya çempionatında ilk qələbəsini qazanıb

Azərbaycanın minifutbol millisi dünya çempionatında ilk qələbəsini əldə edib.

A qrupunda yer alan yığma Milli Gimnastika Arenasında Sloveniya ilə qarşılaşıb.

Görüş Elşad Quliyevin rəhbərlik etdiyi kollektivin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Millinin heyətində Elvin Əlizadə (10), Mirmehdi Rzayev (11), Xətai Bağırov (25) və Kamran Abdullazadə (40) dəqiq zərbə müəllifi olublar.

Qeyd edək ki, Azərbaycan qrupdakı ilk matçında Bəhreynlə, Sloveniya isə Mavritaniya ilə 1:1 hesablı heç-heçəyə razılaşıb.

Seçilən
31
50
cbcsport.az

10Mənbələr