Bakı, 30 may, AZƏRTAC
Milli Basketbol Assosiasiyasında (NBA) yarımfinal mərhələsinin növbəti oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, “İndiana Peysers” və "Nyu-York Niks" arasında seriyanın beşinci görüşü baş tutub.
Qarşılaşma Nyu-York təmsilçisinin 111:94 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da Tom Tibodonun komandası seriyada hesabı 3:2 edib.
Komandalar arasında altıncı qarşılaşma iyunun 1-də təşkil olunacaq.
Qeyd edək ki, daha əvvəl “Minnesota” ilə matçlarda dördüncü qələbəsini qazanan “Oklahoma-Siti Tander” finala yüksəlib.