AZ

Azərbaycan avarçəkənləri Qazaxıstandakı turniri 14 medalla başa vurublar

Bakı, 2 iyun, AZƏRTAC

Qazaxıstanın Uralsk şəhərində 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş kayak və kanoe üzrə beynəlxalq reqata təşkil olunub.

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasından AZƏRTAC-a bildirilib ki, milli komandanın üzvləri turnirdə 3-ü qızıl, 6-sı gümüş, 5-i bürünc olmaqla ümumilikdə 14 medal qazanıblar.

İvan Vorobjanski bir nəfərlik kayak qayığında həm 200, həm də 500 metr məsafədə yarışlarda fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Həmçinin 200 metrdə Elmir Tarverdiyev 2-ci, 500 metrdə Mustafa Vəlizadə 3-cü yer tutub. İki nəfərlik kayak qayığında 500 metr məsafədə İvan Vorobjanski – Vacib Babayev cütlüyü bütün rəqiblərini qabaqlayıb. Mustafa Vəlizadə və Elmir Tarverdiyevin sürdüyü qayıq finişi ikinci keçib. İ. Vorobjanski rusiyalı idmançı ilə birgə bürünc mükafata sahib çıxıb. 200 metr məsafəyə yarışlarda İvan Vorobjanski - Hüseyn Həsənov dueti 2-ci, Vacib Babayevlə Nuran Rəhimli fəxri kürsünün 3-cü pilləsinə qalxıblar.

Kanoedə Hüseyn Səmədli 3 kateqoriya üzrə mükafatçılar sırasına düşüb. 200 metr məsafədə bir nəfərlik qayıqda bürünc, iki nəfərlik qayıqda gümüş medal qazanıb. 500 metr məsafədə iki nəfərlik qayıqda Hüseyn Səmədli 3-cü olub.

Seçilən
84
15
azertag.az

10Mənbələr