AZ

Azərbaycanın qadın cüdoçuları dünya çempionatına Avstriyada hazırlaşdı

BAKI. 5 iyun. TELEQRAF

Azərbaycanın bütün yaş qruplarından olan qadın cüdoçuları Avstriyanın Qrats şəhərində beynəlxalq təlim-məşq toplanışına qatılıblar.

Federasiyanın mətbuat xidmətindən Teleqraf-a verilən məlumata görə, üç günlük təlim düşərgəsi Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə keçirilib.

Toplanışa qadınlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatif, böyük məşqçi Saşa Herkenrat-Vimar, yeniyetmə qızlardan ibarət milli komandanın baş məşqçisi Elnur İsmayılov və məşqçi Əmrah Əhmədov rəhbərlik ediblər. Təlimlər qarşıdakı beynəlxalq yarışlara hazırlıq məqsədi daşıyıb.

Qeyd edək ki, Macarıstanın paytaxtı Budapeştdə böyüklər arasında dünya çempionatında mübarizə aparacaq qadın cüdoçular hazırlığın növbətini mərhələsini Bakıda, gənc və yeniyetmə qızlar isə Avstriyanın Leybnits şəhərində davam etdirəcəklər.

Seçilən
154
21
teleqraf.com

10Mənbələr