İyununun 7-8-də Kosovonun paytaxtı Priştinada 3x3 basketbol üzrə Avropa Kubokunun (2025) təsnifat mərhələsinin oyunları keçiriləcək.
"Football-plus.az" xəbər verir ki, təsnifat oyunlarında həm kişi, həm də qadın millilərimiz əsas mərhələyə vəsiqə qazanmaq uğrunda mübarizə aparacaqlar.
Kişilərdən ibarət yığmamız B qrupunda Kosovo, Malta seçmələri ilə üz-üzə gələcək. Qadınlardan ibarət millimiz də B qrupunda yer alıb və rəqibi ev sahibləri olacaq.
Kişi basketbolçularımız qrupda ilk oyununu iyunun 7-də Bakı vaxtı ilə saat 11.45-də Maltaya qarşı, ikinci qarşılaşmasını isə ertəsi gün saat 13.35-də Kosovo yığmasına qarşı keçirəcək.
Qadın basketçolçularımızın isə qrupdakı yeganə oyunu iyunun 8-də saat 13.10-da Kosovo millisinə qarşı baş tutacaq.
Qeyd edək ki, kişi və qadın kateqoriyalarında yalnız təsnifat mərhələsinin qalibləri Avropa Kubokunun (2025) əsas mərhələsində iştirak etmək hüququ qazanacaqlar.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta