AZ

Yakutiyada mədən uçqunu baş verdi, iki nəfər uçqun altında qaldı

BAKI, 12 iyun. TELEQRAF

Yakutiyanın Oymyakon rayonunda mədəndə dağ süxuru uçub, ilkin məlumata görə, uçqun altında iki nəfər qalıb.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya FHN-in mətbuat xidməti məlumat yayıb.

Qurumdan bildirilib ki, uçqun "Sarılax" mədənində baş verib. Müəyyən edilib ki, 286 m səviyyəsində təmizləmə işləri aparılarkən dağ süxuru uçub.

Həmin səviyyədə 25 nəfər olub. Onlardan iki nəfəri uçqun altında qalıb.

Seçilən
32
1
teleqraf.com

2Mənbələr