AZ

Premyer Liqa nəhənginin ən bahalı transferi - Maliyyə detalları açıqlandı

Leverkuzen “Bayer”inin yarımmüdafiəçisi Florian Virts “Liverpul”un futbolçusu olmağa yaxındır.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, klublar arasında bütün sənədlər imzalanıb və 22 yaşlı futbolçu növbəti mövsümdən etibarən “qırmızılar”ın şərəfini qoruyacaq.

Transferin ümumi məbləği 136,3 milyon avro təşkil edir. Bunun 117,5 milyonu sabit ödənişdir, əlavə 18,8 milyon avro isə oyunçunun çıxışına bağlı bonuslar şəklində veriləcək.

Bu, “Liverpul” tarixinin ən bahalı transferi kimi qeyd olunur. Almaniyalı futbolçu “Liverpul”la 5 illik müqavilə imzalayacaq və maaşı bonuslarla birlikdə 20-22 milyon avro olacaq.

O, 2024/25 mövsümündə “Bayer” forması ilə 45 oyuna çıxıb, 16 qol vurub, 15 məhsuldar ötürmə ilə yadda qalıb. Bu göstəricilər onu Avropanın ən parlaq yarımmüdafiəçilərindən birinə çevirib.

Virtsin tibbi baxışdan keçməsi gələn həftənin əvvəlinə planlaşdırılıb və bundan sonra rəsmi təqdimat olacaq.

Seçilən
19
sportinfo.az

1Mənbələr