AZ

Dəhrə ilə həmkəndlisini öldürüb polisə təslim oldu

Qəbələ rayonunda qətl hadisəsi törədilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə saat 19 radələrində Solquca kəndi ərazisində baş verib.

Kənd sakini 1986-cı il təvəllüdlü Teymur Eynulla oğlu Səfərəliyev münaqişə zəminində həmkəndlisi, 1974-cü il təvəllüdlü Dəmir Rəsul oğlu Ayvazovun baş nahiyəsinə dəhrə ilə zərbə endirib.

Ağır xəsarət alan 51 yaşlı kişi hadisə yerində ölüb. T.Səfərəliyev könüllü olaraq polis şöbəsinə gedərək təslim olub. Faktla bağlı araşdırma aparılır.

Aslan Vəliyev

Seçilən
25
24
qafqazinfo.az

10Mənbələr