AZ

Zəngilanda 1 tona yaxın yabanı çətənə bitkisi məhv edilib

Zəngilan, 8 iyul, Aydın Yavərzadə, AZƏRTAC

Zəngilan Rayon Polis Şöbəsi əməkdaşlarının Dövlət Sərhəd Xidməti ilə birgə "Xaş-xaş 2025" planına uyğun olaraq keçirdikləri tədbir zamanı rayonun Şayıflı kəndi ərazisində yabanı halda bitən 1 tona yaxın 1856 ədəd çətənə bitkisi aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, aşkarlanan çətənə bitkisi toplanaraq yandırılıb.

Seçilən
85
30
azertag.az

10Mənbələr