AZ

İsrail Suriya əsgərlərinin bombalanmasını faktını təsdiqlədi – VİDEO

İsrail ordusunun mətbuat xidməti ölkənin siyasi rəhbərliyinin göstərişi ilə Suriyanın cənubundakı Əs-Suveydada Suriya hökumət qüvvələrinin hərbi texnikasına zərbələr endirildiyini bildirib.

KONKRET.az xəbər verir ki, zərbələr bir neçə zirehli texnikanın, o cümlədən tankların, zirehli transportyorların və minaatanların, eləcə də onların yuxarıda qeyd olunan əraziyə yaxınlaşmasının qarşısını almaq üçün endirilib.

“İsrail Müdafiə Qüvvələri hadisələri izləməyə, müdafiəyə və müxtəlif ssenarilərə hazırlaşmağa davam edir”, – mətbuat xidmətinin bəyanatında deyilir.

Eyni zamanda Suriya İnsan Haqlarını Müşahidə Qrupu (SOHR) Əs-Suveydada silahlı toqquşmalar nəticəsində 116 nəfərin həlak olduğunu, onlardan 64-nün druzi, 52-nin isə suriyalı əsgər və silahlı bədəvi olduğunu bildirir.

Müşviq Tofiqoğlu

KONKRET.az

Seçilən
96
1
konkret.az

2Mənbələr