Bakı. Trend:
BƏƏ-nin Etihad Airways milli aviaşirkəti Əbu-Dabiyə birbaşasərnişin axınını artırmaq strategiyasının bir hissəsi olaraq yeddiyeni marşrutun istifadəyə verildiyini elan edib.
Trend xəbər verir ki, yeniistiqamətlər arasında Azərbaycanın paytaxtı Bakı da var.
Bu marşrut üzrə uçuşlar 2026-cı il martın 2-də başlayacaq.
"Məqsədimiz aydındır - biz daha çox sərnişini birbaşa Əbu-Dabiyəcəlb etmək istəyirik", - Etihad baş icraçı direktoru AntonoaldoNeves deyib. “Bu yeni marşrutlar bizi dinamik, mədəni cəhətdənzəngin regionlarla əlaqələndirir və BƏƏ paytaxtında turizm vəticarətə tələbatın stimullaşdırılmasına kömək edəcək”.