“Real” müdafiəçi Lukas Vaskesin komandadan ayrıldığını açıqlayıb.
İdmanxeber.az-ın məlumatına görə, futbolçu ilə ayın 17-də vidalaşılacaq. 34 yaşlı Vaskes “Real”ın yetirməsidir və 2007-ci ildən klubda idi.
O vaxtdan bəri o, “Real” forması ilə 402 oyun keçirib. Vaskes bu müddət ərzində 23 titul qazanıb.