AZ

İsrailin hansı döyüş təyyarəsi İran prezidentinin bunkerini bombalayıb?

İsrail Müdafiə Qüvvələrinə (IDF) məxsus F-35I döyüş təyyarəsiylə iyun əməliyyatı zamanı İran prezidenti Məsud Pezeşkianın Tehrandakı bunkerinə bomba atmış ola bilər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Military Observation Magazine (MWM) hesabat yayıb.

Nəşrin müəllifləri iddia edirlər ki, hücumun dördüncü nəsil F-35 qırıcısı tərəfindən həyata keçirilmə ehtimalı az idi, çünki təyyarə İranın hava hücumundan müdafiə qüvvələri tərəfindən izləniləcəkdi.

Nəşr qeyd edib ki, “İsrail İranın hava məkanına dərindən nüfuz edən bomba hücumları təşkil edə bilib, lakin yalnız qabaqcıl gizlilik qabiliyyətinə malik beşinci nəsil F-35I döyüş təyyarələrindən istifadə edir”.

Seçilən
117
20
operativmm.az

10Mənbələr