AZ

Bu il heyvan dişləmələrinin sayı artıb

BAKI, 16 iyul. TELEQRAF

2024-cü ilin ilk altı ayı ərzində 20528 heyvan dişləməsi qeydə alınıb ki, bunun 80-90 faizini it və pişik dişləmələri təşkil edib.

Teleqraf xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Xüsusi təhlükəli infeksiyalar şöbəsinin müdiri Aytəkin Qurbanova deyib.

Həkimin sözlərinə görə, bu il heyvan dişləmələrinin sayı bir qədər artıb: "Heyvan dişləmələriylə bağlı hər bir hal nəzarətə götürülür. Ötən illə müayisədə bu il say bir qədər artıb. Belə ki, bu ilin statistikasına görə, 22000 heyvan dişləməsi qeydə alınıb".

Seçilən
76
1
teleqraf.com

2Mənbələr