Bakı.Trend:
Quduzluq-ağır infeksion zoonoz, yəni heyvanlardan heyvanlara vəya insanlara keçən xəstəlikdir.
Trend xəbərverir ki, bu barədə Səhiyyə Nazirliyinin rəsmi "Instagram"hesabında canlı yayımda Səhiyyə Nazirliyi Respublika Gigiyena vəEpidemiologiya Mərkəzinin Xüsusi təhlükəli infeksiyalar şöbəsininmüdiri Aytəkin Qurbanova bildirib.
A.Qurbanova qeyd edib ki, quduzluq kəskin virus mənşəlidir vəmərkəzi sinir sisteminin iltihabi, degenerativ və nekrotikizədələnməsi ilə səciyyələnir.
Onun sözlərinə görə, xəstəliyə yoluxma quduz heyvanlarındişləməsi, cırmaqlaması və ya zədələnmiş dəri və selikli qişayaheyvanların ağız suyunun təması nəticəsində baş verir. Virus zədənahiyəsindən insan orqanizminə daxil olduqdan sonra törədici sinirhüceyrələri vasitəsilə mərkəzi sinir sisteminə daxil olur və buradaviruslar toplanır, nəticədə ensefalit inkişaf edir. Sonradan virustüpürcək vəzilərinə daxil olaraq orada intensiv çoxalmağabaşlayır.
A.Qurbanova qeyd edib ki, quduzluq xəstəliyi çox ağır əlamətərləxarakterizə olunur və əksər hallarda ölümlə nəticələnir:
“Heyvanlarda gizli inkubasiya dövrü 10 gündən 3-8 həftəyə qədərdavam edir. İnkubasiya dövründən sonra heyvanda oyanma, ağız suyuaxması, qusma, sudan qorxma əlamətləri meydana çıxır. Heyvanlargizli dövrün sonunda (xəstəlik təzahürlərindən 2-10 gün əvvəl)yoluxucu olur. İnsanlarda quduzluğun gizli dövrü əsasən 1-2 aydavam etsə də, 1 həftəyə qədər qısala bilir, 3-4 aydan 1 ilə qədəruzana bilər. Gizli dövrün müddəti xəstənin yaşından, immunsisteminin vəziyyətindən, zədələnmənin növündən (cırmaqlama,dişləmə, tüpürcəkləmə) və lokalizasiyasından asılıdır. Belə ki,uşaqlarda və dişlənmə nahiyəsi nə qədər mərkəzi sinir sisteminəyaxın olarsa, xəstəliyin inkubasiya dövrü bir qədər qısa olur”.
Şöbə müdiri bildirib ki, xəstəliyin insanlarda inkişafının 3mərhələsi var:
“İlk öncə xəstəlik zədə və ya yara yerinin birbaşa narahatetməsi ilə başlayır. Xəstədə depressiv hal və yuxunun pozulmasıəlamətləri müşahidə olunur. Bədənin hərarəti subfebril olur. İkncimərhələdə qıcolmalar, spazmlar, işıqdan və sudan qorxma(hydrofobiya), psixomotor oyanma əlamətləri müşahidə edilir. Üçüncümərhələdə xəstə hərəkətsizləşir, bədənin hərarəti 40 dərəcəyə qədərqalxır. Bu zaman xəstə komatoz və paraliç vəziyyətinə düşür,ürək-tənəffüs çatışmamazlığından vəfat edə bilər”.