Ukraynanın müstəqillik tarixində ikinci dəfə qadın Baş nazir seçilib.
Viral.az xəbər verir ki, iyulun 17-də Ali Radanın plenar iclasında Yuliya Siridrenkonun namizədliyi təsdiqlənərək Baş nazir seçilib.
Y.Siridrenko buna qədər Ukraynanın iqtisadiyyat naziri olub. 39 yaşlı yeni Baş nazir əslən Çerniqov şəhərindəndir. Karyerasına Çerniqov vilayət administrasiyasından başlayıb.
Son Yazılar:
- Ukraynanın yeni Baş naziri seçildi
- İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi rəqəmsal platformasını yenilədi
- Laçındakı meşə yanğınına görə 3 nəfər məsuliyyətə CƏLB EDİLDİ
İclasda prezident Volodimir Zelenski də iştirak edib.
Müstəqil Ukraynanın tarixində ilk qadın Baş nazir Yuliya Timoşenko olub (Report).