Xəbərə foto əlavə olunub.
***
12.22
Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosu xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb."Hyundai" markalı minik maşını hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə minik maşını yolun kənarına aşıb. Qəza nəticəsində 2 nəfərin öldüyü, 3 nəfərin xəsarət aldığı bildirilir. Xəsarət alanlar təcili tibbi yardım avtomobili ilə Yevlax xəstəxanasına aparılıb.
