İtaliyanın “Kremoneze” klubu növbəti transferini rəsmiləşdirib.
90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda “Milan”ın gənc qapıçısı Lapo Navanı heyətinə cəlb edib. 21 yaşlı qolkiperlə 2028-ci ilin yayına qədər – 3 illik müqavilə imzalanıb.
Nava ötən mövsüm “Milan”ın əsas komandasında debüt edib. O, daha çox klubun gənclər komandasında çıxış edirdi.
Qeyd edək ki, “Kremoneze” son mövsümün sonunda A Seriyasına vəsiqə qazanıb. “Milan” isə 2024/25 mövsümünü uğursuz nəticələrlə başa vuraraq yalnız səkkizinci yerdə qərarlaşıb. Yeni mövsüm avqustun ikinci yarısında start götürəcək.