AZ

Burun seliyinin rənginə diqqət: Bu rəng təhlükədən xəbər verir

Klivlend Klinikasının otorinolarinqoloqu Rac Sindhvani xəbərdarlıq edir: burun axıntısının (mucusunun) rəngi sadəcə soyuqdəymə ilə deyil, daha ciddi sağlamlıq problemləri ilə də bağlı ola bilər – o cümlədən Parkinson və Alzheimer xəstəlikləri ilə.

E-saglam.az xəbər verir ki, mütəxəssisin sözlərinə görə, sağlam tənəffüs yollarında mucus şəffaf olur. Lakin rəngdə və ya qatılıqda dəyişiklik müşahidə edilirsə, bu, bədənin bir problemə reaksiyası ola bilər.

Ağ, krem və ya açıq sarı mucus adətən virus infeksiyasına, məsələn, adi soyuqdəyməyə işarə edir. Sarı-yaşıl rəng bakterial infeksiya və ya sinüzitin əlaməti ola bilər. Çəhrayı və ya qırmızı rəng isə burun damarlarının partlaması ilə bağlı ola bilər.

Qəhvəyi mucus siqaret çəkənlərdə və ya çirklənmiş hava ilə nəfəs alan şəxslərdə müşahidə olunur. Lakin qara mucus xüsusilə diqqət tələb edir – bu, göbələk infeksiyasının xəbərçisi ola bilər.

Həddindən artıq mucus ifrazı da təhlükəli ola bilər. Bu simptom allergiyadan tutmuş Parkinson və Alzheimer kimi nevroloji xəstəliklərə qədər dəyişə bilər. Parkinson zamanı burun-udlaq əzələlərinin fəaliyyəti pozulur, Alzheimer zamanı isə mucusda amiloid zülallar müşahidə edilə bilər.

Mütəxəssis qeyd edir ki, burun axıntısının rəngi uzun müddət anormal qalırsa, mütləq həkimə müraciət edilməlidir. 

Tərcümə: Könül Oruc

E-saglam.az 

Seçilən
49
e-saglam.az

1Mənbələr