Bunu "Report"un ABŞ-ın bürosuna eksklüziv açıqlamasında Türkiyənin və BMT-nin vasitəçiliyi ilə Nyu Yorkda keçirilən Kipr mövzusunda geniş formatda qeyri-rəsmi toplantıdan sonra Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) prezidenti Ersin Tatar deyib.
O bildirib ki, Azərbaycan ilə ŞKTC arasında münasibətlər son illər yeni mərhələyə qədəm qoyub. Prezident qeyd edib ki, ŞKTC-nin Türk Dövlətləri Təşkilatına müşahidəçi statusu ilə qəbul edilməsi bu yaxınlaşmanın ən önəmli addımlarından biri olub: "Kipr türklərinin problemləri çoxdur, bu, asan məsələ deyil. Biz müxtəlif embarqolar, izolasiya və siyasi basqılarla mübarizə aparırıq. Amma Azərbaycan bizə qardaş dövlət kimi sahib çıxır. Biz Şimali Kiprdə "Bir millət, üç dövlət" deyirik: Kipr, Türkiyə və Azərbaycan. Bu qardaşlığı hər zaman hiss edirik.
Son illərdə Azərbaycana bir neçə dəfə səfər etmişəm. Prezident İlham Əliyev, sağ olsun, məni yüksək səviyyədə, rəsmi protokolla qarşılayıb. Prezident səviyyəsində çox səmərəli görüşlərimiz baş tutub. Artıq Azərbaycan xalqı da Şimali Kipr Türk Cümhuriyyətini daha yaxından tanıyır. Biz də Azərbaycanı həmişə yaxından və böyük sevgi ilə izləyirik”.
Tatar əlavə edib ki, qarşıdakı dövrdə Türkiyə, Azərbaycan və ŞKTC arasında iqtisadi sahələrdə əməkdaşlıq genişlənəcək, bu isə xüsusilə gənc nəsillərə yeni ümidlər və imkanlar yaradacaq.
10Mənbələr
-
azerbaijan-news.azErsin TATAR: “Prezident İlham Əliyev bizə hər zaman sahib çıxıb və dəstək olub” ( 19434863)
-
ictimairey.azErsin Tatar: Prezident İlham Əliyev hər zaman bizə sahib çıxıb ( 19389526)
-
cebheinfo.azErsin Tatar: "Prezident İlham Əliyev hər zaman bizə sahib çıxıb" ( 19384261)
-
demokrat.azErsin Tatar: İlham Əliyev hər zaman bizə sahib çıxıb ( 19383856)
-
editor.azErsin Tatar: Prezident İlham Əliyev hər zaman bizə sahib çıxıb ( 19383592)
-
olaylar.azErsin Tatar: Prezident İlham Əliyev hər zaman bizə sahib çıxıb ( 19383541)
-
far.azErsin Tatar: Prezident İlham Əliyev hər zaman bizə sahib çıxıb ( 19382731)
-
konkret.azPrezident İlham Əliyev hər zaman bizə sahib çıxıb – Ersin Tatar ( 19382392)
-
buta.tvİlham Əliyev hər zaman bizə sahib çıxıb - Tatar ( 19382341)
-
axar.azİlham Əliyev hər zaman bizə sahib çıxıb - Tatar ( 19382326)