AZ

Qonaq olduğu evdən 12 min manatlıq qızıl-zinət əşyaları oğurladı, həbs edildi

MASALLI, 18 iyul. TELEQRAF

Masallı rayonunda qonaq olduğu evdən 12 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb.

Teleqraf-ın cənub bürosu xəbər verir ki, hadisə zamanı həmçinin içərisində 710 manat olan bank kartı da oğurlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, məsələ ilə bağlı Masallı Rayon Polis Şöbəsinə məlumat daxil olub. Keçirilən araşdırmalar nəticəsində ev sahibinə məxsus qızıl və pulun həmin ünvanda qonaq olmuş şəxs tərəfindən oğurlandığı müəyyən edilib.

Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə 21 yaşlı Fərman Babayev saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.

Seçilən
53
teleqraf.com

1Mənbələr