AZ

Jurnalistlər "Formula 1" üzrə Azərbaycan Qran-prisinə hazırlıq işlərinin gedişatı ilə tanış oldular - FOTOlar

Sentyabr ayında Bakıda keçiriləcək "Formula 1" üzrə Azərbaycan Qran-prisinə hazırlıq işləri tamamlanmaq üzrədir.

Milli.Az xəbər verir ki, jurnalistlər üçün görülən işlərlə tanışlıq məqsədli media tur təşkil edilib.

Media nümayəndələri Hökumət evinin qarşısında quraşdırılmaqda olan paddokdan başlayaraq aparılan tikinti işləri ilə yaxından tanış olublar.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin tikinti şöbəsinin meneceri Sübhan Manafzadə jurnalistlərin suallarına cavab olaraq  trekin hazırkı vəziyyəti, paddok sahəsində görülən işlərdən, tribunaların quraşdırılması və yarışa hazırlıq proseslərindən danışıb.

Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 19-21-i aralığında baş tutacaq.

Tural
Milli.Az

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin tikinti şöbəsinin meneceri Sübhan Manafzadə trekin hazırkı vəziyyəti, paddok sahəsində görülən işlər, tribunaların quraşdırılması və ümumilikdə yarışa hazırlıq prosesi ilə bağlı ətraflı məlumat verib.

Məqaləyə dair fotomateriallar:

Seçilən
76
50
milli.az

10Mənbələr