Essen, 18 iyul, AZƏRTAC
Azərbaycan tennisçisi Kənan Qasımov Almaniyanın Reyn-Rur regionunda keçirilən Ümumdünya Yay Universiadasında mübarizəyə başlayıb.
AZƏRTAC xəbər verir ki, idmançımız 1/32 finalda uqandalı Trevor Solomon Kazibve ilə üz-üzə gəlib.
Rəqibini 2:0 hesabı ilə məğlub edən K.Qasımov adını növbəti raunda yazdırıb.
Daha əvvəl Azərbaycanın digər tennisçisi Elvin Həşimov 1/16 finala yüksəlib.
Qeyd edək ki, Universiadaya iyulun 27-də yekun vurulacaq.