AZ

Universiada: azərbaycanlı tennisçi ilk görüşündə qalib gəlib - FOTO

Almaniyanın Reyn-Rur bölgəsində keçirilən Universiadada tennis yarışları keçirilir.

İdman.biz xəbər verir ki, Azərbaycan idmançısı Kənan Qasımov ilk görüşündə qələbə qazanıb.

O, iki setdə Tveror Solomon Kazibveyə (Uqanda) inamla qalib gəlib - 6:0, 6:2.

Qeyd edək ki, ötən gün Elvin Həşimov da Universiadaya uğurla başlayaraq Zambiya təmsilçisi Nakalanqa Hamayangve üzərində qələbə qazanıb - 2:1.

İdman.biz

Məqalədə:
Seçilən
34
idman.biz

1Mənbələr