AZ

Universiada: Azərbaycanın stolüstü tennis yığmaları çıxışlarını başa vurublar

Essen, 18 iyul, AZƏRTAC

Azərbaycanın qızlardan və oğlanlardan ibarət stolüstü tennis yığmaları Almaniyanın Reyn-Rur regionunda keçirilən Ümumdünya Yay Universiadasında mübarizəni dayandırıb.

AZƏRTAC xəbər verir ki, qrupun son matçlarında qızlardan ibarət millimiz ABŞ-a 0:3, oğlanlardan ibarət komandamız isə Çiliyə 1:3 hesabı ilə uduzub.

Qeyd edək ki, Universiadaya iyulun 27-də yekun vurulacaq.

Seçilən
44
1
azertag.az

2Mənbələr