Fransa millisinin sabiq futbolçusu Mişel Platini bu gün səhər saatlarında qarət edilib.
Apasport.az xarici KİV-ə istinadla xəbər verir ki, evin yaxınlığındakı ərazidə saxlanılan 20-yə yaxın medal və kuboku götürərək qaçıb.
Marsel prokurorluğu artıq araşdırmalara başlayıb, dəymiş ziyanın məbləği hələ dəqiqləşməyib.
Platini 1976-1986-cı illərdə Fransa millisində çıxış edib. Bu müddət ərzində o, Avropa çempionu olub və dünya çempionatının bürünc medallarını qazanıb.
Qeyd edək ki, Platini 2007-2015-ci illərdə UEFA-nın prezidenti olub, korrupsiya iddialarına görə vəzifəsini vaxtından əvvəl tərk edib.
"Qalatasaray"dan Osimhen açıqlaması: "Heç kim bizi ələ sala bilməz"
Messi ilə komanda yoldaşı olacaq
"Napoli" PSV-nin hücumçusunu 25 milyon avroya alıb
7 il sonra "Borussiya"nı tərk etdi
Belçika millisinin üzvü “Leypsiq”də