AZ

Balakəndə AĞIR QƏZA: 71 yaşlı qadını maşın vurub öldürdü

Balakəndə ölümlə nəticələnən yol qəzası baş verib.

Axşam saatlarında Balakənin Mahamalar kəndi ərazisində ölümlə nəticələnən yol qəzası qeydə alınıb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Balakən rayonunun Mahamalar kəndi ərazisində Oruc Yekəyev idarə etdiyi “Ford Transit” markalı avtomobili geriyə hərəkət etdirərkən piyada, 1954-cü il təvəllüdlü Pitimat Eminovanı vurub. 71 yaşlı qadın aldığı xəsarətlərdən ölüb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, faktla bağlı ərazi üzrə polis orqanında cinayət işi başlanılıb, istintaq aparılır.

Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu
 

Seçilən
42
16
bizim.media

10Mənbələr