Quba rayonunun Təngəaltı kəndində gənc oğlan öz həyatını təhlükəyə ataraq qayaların üzərinə ad yazıb.
"Unikal" xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Belə ki, gənc oğlanın “romantikası” müzakirələrə səbəb olub. İzləyicilərin bəziləri onu təbiəti korlamaqda ittiham edib.
Qeyd edək ki, iddialara görə, gənc oğlanın yazdığı ad "TikToker"lərdən birinə məxsusdur.