AZ

71 yaşlı qadını maşın vurub öldürdü

Balakən rayonunda piyada ölümü ilə nəticələnən qəza baş verib.

“Qafqazunfo”nun məlumatına görə, hadisə bu gün axşam saatlarında rayonunun Mahamalar kəndi ərazisində olub.

Belə ki, Oruc Yekəyev idarə etdiyi “Ford Transit” markalı avtomobili geriyə hərəkət etdirərkən piyada 1954-cü il təvəllüdlü Pitimat Eminovanı vurub. Qadın aldığı xəsarətlərdən ölüb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, faktla bağlı ərazi üzrə polis orqanında cinayət işi başlanılıb, istintaq aparılır.

"Cebheinfo.az" 

Seçilən
68
cebheinfo.az

1Mənbələr