AZ

“Dərsinə girmirdim, necə tələbəsi olmuşamsa heç özüm bilmirəm” - Alim Qasımovdan CAVAB

“Azad Zamanovu yaxşı tanıyıram. Çox yaxşı dostumuzdur. Biz İncəsənət Universitetində oxuyanda orada dərs deyirdi. Ola bilər ki, bizə də dərs deyib. Amma mən dərslərə çox gəlmirdim. Bilirdim ki, orada müəllim işləyib. Amma onunla qastrol səfərlərinə çox getmişəm”
 
Bunu Moderator.az -a açıqlamasında xalq artisti Alim Qasımov deyib. O daha sonra əlavə edib:
 
“O aktyor sənətindən dərs deyirdi. Mən də o dərslərə girmirdim. Mən ora gələndə artıq muğam oxuyurdum, tanınırdım. Bəzən tanınmış insanların tanınmadığı müəllimləri çıxıb deyir ki, filankəs mənim tələbəm olub. Əgər bu sözün ona xeyri varsa, mən də onun tələbəsi olmuşam. Təki onun ürəyi rahat olsun. Amma necə tələbə olmuşamsa heç özüm də bilmirəm. Siz də elə yazın ki, Alim Qasımov onun tələbəsi olub. Bu ona lazımdırsa niyə də olmasın?” deyə sənətkar bildirib.
Alim Qasımov sosial şəbəkələrdə yayılan videosundan da danışıb:
 
“Rep ifa etmişik, sosial şəbəkələrdə artıq öz-özünə yayılıb. Bunu mən paylaşmamışam. Mənim mırtım tutanda hər şey edirəm” deyə o bildirib.
 
Qeyd edək ki, müğənni Azad Zamanov “Yeni Müsavat”-a açıqlamasında “Üzdə olan müğənnilərin çoxu İncəsənət Universitetində dərs deyərkən mənim tələbələrim olub. Məsələn, Alim Qasımova, Brilliant Dadaşovaya, Mənsum İbrahimova, Manaf Ağayevə, Almaz Ələsgərliyə aktyorluq sənəti üzrə dərs demişəm” deyə bildirib.
Seçilən
24
moderator.az

1Mənbələr