AZ

Süni intellekt köhnə şahmat proqramı ilə oynamaqdan qorxub

Süni

Mükəmməl süni intellekt proqramı hesab edilən "Google Gemini" məğlubiyyətdən qorxduğuna görə "Atari 2600" adlı oyun konsolu ilə şahmat oynamaqdan imtina edib.

Reyting.az
xəbər verir ki, bu barədə "The Register" nəşri məlumat yayıb.

"Google Gemini" araşdırma aparıb və öyrənib ki, bu konsol əvvəllər digər süni intellekt modellərini, "OpenAI ChatGPT", həmçinin "Microsoft Copilot"-u məğlub etməyi bacarıb. İdeya müəllifi kimi onların potensialını şahmat üzərində yoxlamağa qərar verən texniki mühəndis Robert Karuzo "Atari Chess" və "OpenAI ChatGPT", həmçinin "Microsoft Copilot" kimi tanınan öncül süni intellekt sistemləri arasında şahmat partiyalarını təşkil etdikdən sonra növbəti addım atıb. Karuzo bu dəfə də "Google Gemini"-nin imkanlarını yoxlamağa çalışıb. Mühəndis bildirib ki, əslində, bu məntiqli bir addım idi, çünki "ChatGPT" və "Copilot" sistem olaraq müəyyən mənada "qohumdurlar", çünki hər ikisi "OpenAI" platformasına əsaslanır. Lakin bununla belə, "Gemini" tamamilə fərqli bir multimodal böyük dil modelidir və həm də "Google" tərəfindən hazırlanıb.

Gözlənilən oyun barədə müzakirə zamanı "Gemini" bildirib ki, o qərarlıdır, mütləq "Atari Chess"-i məğlub edəcək, çünki "o, böyük dil modeli deyil". "Google"-nin isə çat-botu iddia edib ki, daha çox müasir şahmat mühərrikinə bənzəyir, milyonlarla gedişi öncədən hesablaya bilər, həmçinin saysız-hesabsız və ən çətin vəziyyətləriqiymətləndirmək bacarığına malikdir.

Səslənən bu iddialara münasibət bildirən mühəndis xatırladıb ki, "ChatGPT", həm də "Copilot" əvvəlcədən belədirlər. Onlar həmişə öz bacarıqları ilə öyünüblər və bu dəfə də asan qələbə vəd edirib, lakin nəticədə köhnə sistemə uduzublar.

Bu gözlənilməz cavab mühəndis üçün, eləcə də digərlərinə sürpriz olub. Cavab süni intellekt "Google Gemini"-nin davranışını dərhal dəyişib. Çat-bot etiraf edib ki, öz şahmat bacarığını çox şişirdib. Əslində isə "onun üçün "Atari 2600 Video Chess" oyun mühərrikinə qarşı durmaq çox çətin olacaq". Nəticədə süni intellekt belə qərara gəlib ki, "vaxt baxımından ən effektiv, eləcə də məntiqli qərar bu oyundan imtina etməkdir".

Beləliklə, cəmi 1.19 MHz prosessoru, 128 KB əməli yaddaşa malik olan "Atari 2600" simulyatoru "Google Gemini"-ni əməllicə qorxudub və o, bir dənə də olsun, gediş etməyib. Digər tərəfdən, çat-botun öz imkanlarını öncədən təhlil edib lazımınca qiymətləndirmək bacarığı da çox müsbət qarşılanıb.

Mühəndis Robert Karuzo deyib:

"Belə real yoxlamaların əlavə olunması təkcə şahmatda gülüş doğuran çox adi səhvlərdən qaçmaq üçün deyil. Burada söhbət ondan gedir ki, süni intellekt həm etibarlı, həm də güvənilən və təhlükəsiz olsun. Xüsusilə də bu cür səhvlərin ağır nəticələr doğura biləcəyi kritik hallarda. Süni intellekt yalnız belə olduqda güclü vasitə kimi qalacaq, nəinki idarəolunmaz falçıya çevriləcək. Ancaq bütün bunlarla yanaşı, xüsusilə qeyd etmək lazımdır ki, süni intellektin bəzi peşəkar oyunçuların istifadə etdikləri gedişlər xaricində öz intellektini işə salmaqla, sərbəst şahmat oynamağa çəkinməsi, həmçinin öncədən məğlubiyyətini etiraf etməsi çox böyük göstəricidir. Biz gələcəkdə bu proqramın üzərində işləyəcəyik və köhnə sistemin üstünlüyünü bir daha araşdıracağıq".

Oqtay QORÇU
Seçilən
70
reyting.az

1Mənbələr