Avropa İttifaqının Rusiyaya qarşı qəbul etdiyi 18-ci sanksiyalar paketi qüvvəyə minib.Bu barədə məlumat Aİ-nin rəsmi jurnalında dərc olunub.
Yeni paket çərçivəsində Rusiya neftinə tətbiq edilən qiymət tavanı 47,6 dollar/barelə endirilib. Eyni zamanda neft daşıyan 105 tankerə qarşı məhdudiyyətlər tətbiq olunub. “Şimal axını” qaz kəmərləri ilə bağlı istənilən maliyyə əməliyyatları tamamilə qadağan edilib.
Sanksiya siyahısına daha 22 Rusiya bankı əlavə olunub. Bununla yanaşı, Aİ-yə qarşı sanksiya tətbiq edilən bütün Rusiya maliyyə qurumları ilə maliyyə əməliyyatlarına tam qadağa qoyulub. Paketin tərkibinə həmçinin ixrac məhdudiyyətləri və sanksiya siyahısına əlavə hüquqi və fiziki şəxslər də daxildir.