Füzuli, 19 iyul. TELEQRAF
Bu gün “Rəqəmsal Keçidlər: Süni İntellekt Dövründə İnformasiya və Media Dayanıqlılığının Gücləndirilməsi” mövzusuna həsr olunmuş III Şuşa Qlobal Media Forumu işi başlayır.
Teleqraf-ın Füzuliyə ezam olunmuş əməkdaşı xəbər verir ki, tədbir iştirakçılarını gətirən təyyarə Füzuli Beynəlxalq Hava Limanında yerə enib.
Qonaqlar buradan onlar üçün ayrılmış xüsusi avtobuslarda Şuşa şəhərinə yola düşəcək.
Qeyd edək ki, 3-cü Şuşa Qlobal Media Forumunda 52 ölkədən 140-a yaxın xarici qonağın, o cümlədən, 30-dan çox informasiya agentliyi, 7 beynəlxalq təşkilat və 80-ə yaxın media qurumu, həmçinin sahə üzrə əlaqəli digər təşkilatlardan nümayəndələrin iştirakı nəzərdə tutulur. Tədbir iyulun 21-dək davam edəcək.